ÖN SÖZ
2017-ci ilin hər kəs üçün ən uğurlu il olması diləyi ilə!
Əziz Dostlar!!!
Bu gün Azərbaycan hökümətinin qarşısında duran ən önəmli məqsədlərdən biri neftdən iqtisadi asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun inkişafı hesabına təmin etməkdir. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və sənayedən sonra üçüncü böyük sahə olmasına baxmayaraq, əhalinin məşğulluğu üzrə daha böyük paya malikdir. Belə ki, ümumi əhalinin cəmi 1%-i neft sektorunda çalışdığı halda, 40%-i kənd təsərrüfatı sektorunda çalışır.
Bu baxımdan GABA-nın ötən illər üzrə layihə təcrübəsi və layihələrin icrasından əldə olunmuş uğurları onu məhz kənd təsərrüfatı sahəsində layihələrin icrası üzrə ixtisaslaşmasına səbəb olmuşdur. Son 17 ildə GABA kənd təsərrüfatı sahəsində 50-dən çox uzun və qısa müddətli layihələr icra etmişdir.
Bizim məqsədimiz beynəlxalq partnyor və tərəfdarlarımzla qarşılıqlı əlaqələrin gücləndirilməsində fəal aparıcı rol oynamaq və mükəmməllik nümayiş etdirməkdir. Bu isə bizə mesajımızı daha geniş auditoriyaya çatdırmağa və IFOAM (Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası), Aİ Kommissiyası, USAID, BMT-nin FAO təşkilatı, GIZ və s. kimi qlobal təşkilatların etimadlarını döğrultmağa imkan verir.

XİDMƏTLƏRİMİZ

Təlim və Təhsil

Torpağın Ekoloji Monitorinqi

Sahə Məsləhət Xidməti

Biznes Planlaşdırma

Marketinq

Kreditləşmə

Elmi Tədqiqatlar

Sertifikatlaşdırma
GABA –NIN GƏLƏCƏK STRATEGİYASI
Lobbiçilik
İnnovasiya
Qloballaşdırma

Konsolidasiya
Genişlənmə
İnteqrasiya
BENEFİSİARLARIMIZIN ÜMUMİ SAYI (1999-2017)

89.6 % Kişi
Ümumilikdə cəmi benefisiarlarımızın 89.6 faizini kişilər təşkil edir
10.4 % Qadın
Ümumilikdə cəmi benefisiarlarımızın 10.4 faizini qadınlar təşkil edir
Nəticə
Beləliklə, bizim ümumi benefisiarlarımızın sayı 1,340,000 təşkil edir
NƏŞRLƏRİMİZ
EKOLOJİ KƏND TƏSƏRRÜFATI JURNALI

MƏLUMAT KİTABÇALARI

ELMİ KİTABLAR

ONLAYN MATERİALLAR

XƏBƏRLƏR
TƏRƏFDAŞLARIMIZ
Missiya
Bizim missiyamız Azərbaycanda rəqabət qabiliyyətli, innovativ və dayanıqlı kənd təsərrüfatı bazarının inkişafında aparıcı rol oynamaqdır.
Vizyon
İnnovativ və yaradıcı yanaşma tərzi ilə Azərbaycanda qabaqcıl kənd təsərrüfatı və qida sənayesi yaratmaqdır.
Hədəf
Bizim fəaliyyətlərimiz fermerdən istehlakçıya, təsərrüfatdan bazara qədər olan qida və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, marketinqi daxil olmaqla bütün mərhələləri əhatə edir.
TAMAMLANMIŞ LAYİHƏLƏR
Layihələrimizə Qısa Giriş
GABA uzun bir tarixi inkişaf yolu keçərək hal-hazırda bir sıra beynəlxalq donorlarla çoxillik və çoxmərhələli layihələrin icrasında böyük uğurla əməkdaşlıq edir. Layihələr ümumilikdə bütün cəmiyyətin inkişafına yönəldilməklə Azərbaycanın Qərb, Şimal-Qərb və Aran rayonlarını əhatə edir. İcma inkişafı layihələrinin icrası və uğurların təmin edilməsi dövlət, yerli idarəetmə və biznes strukturları ilə qurulmuş yaxşı əlaqələrdən asılıdır. Layihənin icrasına bu strukturların cəlb edilməsi isə layihənin icrasını daha yaxşı təmin etməyə və davamlılığın təmin edilməsinə gətirib çıxarır. Layihələrin icrası GABA-nın xüsusi bilik və bacarıqlara malik peşəkar heyəti və Azərbaycan Dövlət Aqrar Universitetinin bir sıra ekspertləri tərəfindən həyata keçirilir.
Hazırda dünyada Ekoloji Kənd Təsərrüfatına xüsusi əhəmiyyət verilməsi Azərbaycanda da bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə təkan vermişdir. GABA ənənəvi kənd təsərrüfatından ekoloji kənd təsərrüfatına keçid cəhdlərini bütün Azərbaycana şamil edən güclü strategiyaya malikdir.