Dünya təcrübəsini nəzərə alaraq yerli şəraitə uyğun yeni texnologiyalar işləyib hazırlamaqla elmin son nəticələrini praktikada tətbiq edir. Yeni sortların, cinslərin, maşın və avadanlıqların sınaqdan keçirir, yeni texnika, texnologiya, növ və cinsləri regionda tətbiq etmək üçün nümayiş tarlaları təşkil edir.
GABA tərəfindən həyata keçirilmiş tədqiqat layihələri:
I. “Sub-sektorial Dəyər Zəncirinin və İrriqasiya üçün Cross-Sector Market Zəncirinin Qiymətləndirilməsi” layihəsi (ACH)
Sub-sektorial dəyər zəncirinin qiymətləndirilməsi
Məqsəd: Kasıb və kəndli fermerlərin istehsal, xidmət təchizatı və həmçinin məhsulunun marketinqi ilə bağlı mövcud şəraitin qiymətləndirilməsi olmuşdur. Bu qiymətlədirmənin aparılması üçün 4 sahə üzrə tədqiqat aparılmışdır:
– Vəsait/vasitə və xidmət təchizatçıları
– Ev təsərrüfatları (kasıb, orta və imkanlı)
– Ticarətçilər, daşıyıcılar, emalçılar və qablaşdırıcılar
– İcraedici orqanlar
İrriqasiya sistemlərinin qiymətləndirilməsi
Mədsəd: Mövcud suvarma sisteminin kasıb fermerlərə təsirinin qiymətləndirilməsi olmuşdur.
II. “Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Fizuli və Tər-tər rayonlarında məskunlaşmış məcburi-köçkünlərin torpağa çıxış imkanlarının qiymətləndirilməsi” layihəsi (FAO)
Məqsəd: Qəsəbələrdə məskulaşmış məcburi-köçkünlərin torpağa çıxış imkanlarının araşdırılması olmuşdur.
III. Kənaf təcrübəsi 2009-2010 (The Nopal Group, ABŞ)
Məqsəd: Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji üsulla rekultivasiyası olmuşdur.
