Azərbaycanın sərhədlərində kənd təsərrüfatı məhsullarının bio-mühafizəsi üçün pestisidlərə ekoloji nəzarətin gücləndirilməsi
İyul 2017 – Dekabr 2018
Layihənin məqsədi Azərbaycanın sərhədlərində pestisidlərin idarə olunması üzrə beynəlxalq sistemin qiymətləndirilməsi və yaradılmasından ibarətdir.
Kənd əhalisi arasında ekoloji təmiz məhsul istehsalının prinsip və üsullarının təşviqi
May 2017 – Sentyabr 2017
Layihənin məqsədi kənd əhalisinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün davamlı sosial-iqtisadi inkişafın sürətlənməsinə, fermerlerin gəlirlərinin artırılmasına və ərzaq təhlükəsizliyi probleminin həll olunmasına müsbət təsir göstərən müasir ekoloji təfəkkürün formalaşmasına yardım etməkdən ibarətdir.

Ağıllı Azərbaycan Fermer Təsərrüfatı
(İyul 2014 – Avqust 2019)
Ağıllı Azərbaycan Fermer Təsərrüfatı (SAF) innovativ texnologiyaların və təcrübələrin tətbiqi ilə fermer təsərrüfatlarında məhsuldarlığı və fermerlərin gəlirlərini artırmaq üçün olan kənd təsərrüfatı modelidir.
AgroMarketing.az
(Dekabr 2016 – Sentyabr 2017)
AGROMARKETING.AZ Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdirilir ,
Bizim əsas missiyamız innovativ və yaradıcı yanaşma tərzi ilə Azərbaycanda qabaqcıl kənd təsərrüfatı və qida sənayesi yaratmaqdır.