GABA-nın təşəbbüsü ilə Azərbaycanın Qərb regionunda davamlı inkişafın təminatı və ekoloji tarazlığın bərpası probleminin həlli ilə əlaqədar olaraq 02 sentyabr 2003-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzi, Gəncə Aqrobiznes Assosiasiyası və Nizami Rayon Bələdiyyəsindən ibarət Konsorsium yaradılmışdır.
Konsorsiumun yaradılmasında başlıca məqsəd respublikanın qərb regionunda:
- Aqrar islahatların aparılmasında informasiya-məsləhət xidmətinin təşkili;
- Sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dəstək;
- Bölgənin böyük təbii ehtiyatlarından səmərəli istifadəyə nail olmaqla qapalı silsiləli təhlükəsiz texnologiyaların tətbiqi;
- Uzun illər boyu yığılmış yüksək miqdarda müxtəlif sənaye tullantılarının təkrar istehsalına imkan verən texnologiyaların tətbiqi;
- Regionun kənd təsərrüfatında orta və xırda sahibkarlığın inkişaf etdirilməsi;
- Bölgədə ekoloji kənd təsərrüfatının inkişaf etdirilməsi;
- Yeni mütərəqqi texnologiyalar tətbiq etməklə emal sənayesinin inkişaf etdirilməsi;
- Vətəndaş cəmiyyətinin inkişafına nail olmaq üçün əhalinin hüquq və vəzifələrini əhatə edən maarifləndirmə işinin təşkili;
- Dərin kökləri olan xalq sənətkarlığına qayğı və kömək etməklə onların birliklərinin təşkil edilməsi;
- Regionun çox qədim olan tarixini öyrənməklə maddi-mədəni irsin bərpası işinə dəstək.