GABA tərəfindən icrası davam etdirilən “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində iyul ayında fəaliyyət planına uyğun olaraq layihəyə cəlb olunmuş fermerlər üçün fındıq istehsalında zərərvericilərə qarşı bioloji mübarizə üsulunun tətbiqi  mövzusunda təlim  keçirilmişdir.

Layihənin Qax rayonundan olan benefisiarları üçün təşkil olunan bu təlimdə AMEA-nın Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Qax Regional İdarəsinin əməkdaşları, həmçinin Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert Ahmet Ağca iştirak etmişlər.

Təlim zamanı ekspertlər fındıq məhsulunun yetişdirilməsi zamanı ərazidə yayılmış zərərvericilərin növ tərkibi, onlardan ən təhlükəliləri haqqında fermerlərə ətraflı biliklər ötürmüş, vegetasiya dövründə onlara qarşı bioloji mühafizə vasitələrindən istifadə qaydaları üzrə tövsiyələr vermişlər.

Davamlı fındıq məhsulunun yetişdirilməsi üzrə təlimlər növbəti aylarda da davam etdiriləcəkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *