Avropa Birliyinin maliyyə dəstəyi ilə GABA tərəfindən həyata keçirilən “Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Şəki-Zaqatala fındıq və tərəvəz istehsalçılarının fərdi təsərrüfatlarında Türkiyədən dəvət olunmuş ekspert-aqronom Ramazan Demirbilek tərəfindən sahə məsləhət günləri və Şəki şəhərində istehsalçılarla təcrübə mübadiləsi görüşü həyata keçirilib.

Sahə günlərində ekspert fermerlərə zərərverici və xəstəliklərin inkişaf mərhələlərinin düzgün təyin edilməsi, istixanalarda temperatur rejiminin düzgün təyin olunmasının zərərvericilərlə mübarizədə vacibliyini qeyd etmişdir. Bununla yanaşı, tədbirdə ekoloji təmiz fermer təsərrüfatlarının yaradılmasının iqtisadi səmərəliliyi haqqında ətraflı məlumatlar verilib və ekoloji təmiz təsərrüfatçılıqda üzvi gübrələrin yerli şəraitdə hazırlanması və tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb. Görüş zamanı ekspert Türkiyə təcrübəsini iştirakçılarla bölüşmüşdür, tərəvəz istehsalında aqrotexniki qulluq qaydaları üzrə aşkar olunan nöqsanlar, xəstəlik və zərərvericilərin törətdiyi fəsadlar və müasir inteqrir bitki mühafizə işlərinə dair fermerlərə zəruri tövsiyələrini vermişdir.

Tədbirə fəal dəstək verən Şəki şəhər DAİM ekspertləri fermerlərə öz məsləhətlərini veriblər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *