Azərbaycanda becərilən tumlu meyvə bitkiləri qrupuna əsasən alma, armud, heyva aiddir.

Əkin vaxtı. Respublikamızın əksər rayonlarının mülayim iqlimi meyvə bitkilərinin əkinini nisbi sükunət dövrdə aparmağa imkan verir. Lakin aran yerlərdə və qışı mülayim keçən digər rayonlarda ən optimal  müddət payız fəsli sayılır. Əkin üçün bir qayda olaraq yaxşı inkişaf etmiş, sağlam, standarta uyğun bir və ikiillik tinglərdən istifadə olunur. Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkililəri suvarmaq imkanı yoxdursa, bu zaman hər çalaya ən azı 8-12 L su tökmək lazımdır.

Bağın salınması. Yeni bağ salmaq üçün ilk növbədə sahə seçilməlidir. Bağ əkiləcək yerin relyefi düzən, zəif maili, və ya mailliyi 100-150-dək olan yamaclar olmalıdır. Mailliyi 150-dən çox olan yamaclarda bağ xüsusi düzəldilmiş terraslarda əkilməlidir.
Erkən yazda salınacaq bağ üçün plantaj şumu əvvəlki ilin yayında və ya payızında, payız bağ əkməsi üçün isə, bağ salınmasına ən azı iki ay vaxt qaldıqda, şum altına 30-40 ton peyin, təmin olunma dərəcəsindən aslı olaraq təsiredici maddə hesabı ilə 120-180 kg fosfor, 90-120 kg kalium gübrələri verilməklə aparılır.

Sahədə bağ salmaq məqsədi ilə ölçü işləri aparılır, sərnələr ayrılır və plan əsasında bölgü aparılıb, əkiləcək bitkilərin qida sahəsi (4×3; 5×3; 6×4; 7×5;8×6 və s.) dəqiqləşdirməklə, baş və sərnələr arası yollar da nəzərə alınmaqla, eni 70-80 sm, dərinliyi isə 60-70 sm olan çalalar qazılır. Bağ salmaq üçün əsas etibarı ilə, sağlam, elit və standartlara (boy və s.ölçülərinə görə) cavab verən əkin materialı (bir və ikiillik alma tingləri) seçilməlidir.

Bağda üzvi gübrələrin bütün formaları peyin, quş zılı, pekalin, kompost və s. tətbiq edilir. Ancaq bu üzvi gübrələrdən bağ üçün ən yaxşısı, yarım çürümüş mal peynidir. Tərkibindəki qida elementlərinin (azotun və s.) zənginliyinə görə fərqlənən quş zılı isə nisbətən az doza ilə yemləmə şəklində istifadə edilməlidir.

Hər bir meyvə bağına tətbiq olunacaq gübrə norması bağın torpağının qida elementləri ilə təmin olunma dərəcəsindən, cərgə aralarında torpağın saxlanma sistemindən, torpağın nəmlənmə dərəcəsindən, becərilən sortun bioloji xüsusiyyətlərindən, ağacların əkin sxemindən və planlaşdırılan meyvə məhsulunun miqdarından aslı olaraq seçilir. Bu zaman nəzərə almaq lazımdır ki. bağ torpağının tərkibi haqqında olan biliyin azlığını gübrənin çox verilməsi ilə əvəz etmək olmaz. Çünki normadan artıq verilən gübrə sonradan düzəldilməsi mümkün olmayan bir sıra problemlər yaradır. Meyvə bitkisinin qida elementləri ilə təmin olunmasına nəzarət, hər bir bağ üçün 4-5 ildə bir dəfə torpaq və yarpaq analizlərinin aparılması ilə həyata keçirilir. Yarpaq analizlərinin nəticələri əsasında bitkinin hər hansı bir qida elementi ilə (azot, fosfor, kalium, dəmir, sink, mis, bor, manqan və s. ) normal, zəif və ya artıq dərəcədə təmin olunduğu təyin edilir.

Formavermə və budama.Meyvə ağacına forma verilməsində əsas məqsəd onu tezliklə bar vermə dövrünə keçməyə məcbur etmək və hər il yüksək məhsul götürməyə nail olmaqdan ibarətdir.
Meyvə bitkilərinin ən yaxşı budama vaxtı payızda yarpaqlar töküləndən sonra, eləcə də bütün qış dövrü olmaqla, tumurcuqların şişməsi dövrünədək aparıla bilər. Ağacların budanması 3◦C-dən yüksək temperaturda aparılmalı, temperaturun 6-8◦C olduğu halda budama aparılmamalıdır. Məqsədindən və gücündən asılı olmayaraq bütün növ budamalar vegetasiyanın başlanmasınadək olan müddətdə başa çatdırılmalıdır.

Tumlu meyvə bitkilərinin xəstəliklərinə qarşı mübarizə tədbirləri. Azərbaycanda tumlu meyvə bitkilərində dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklər geniş yayılmışdır. Xəstəliklərlə mübarizə məqsədi ilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı. vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, yarpaq töküləndən sonra qış infeksiya mənbəyini məhv etmək üçün bağlarda dezinfeksiya işləri aparılmalıdır.
Tumlu meyvə bitkilərinin əsas zərərvericiləri olan alma meyvəyeyəni, alma güvəsi, müxtəlif mənənələr, kaliforniya yastıcası və s. qarşı aqrotexniki mübarızə tədbirlərindən istifadə olunması zəruridir..

Sortlara tələb. Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən, onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır.
Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün bitkilər yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük tumlu meyvə bitkilərində payız-qış sortlarına (60-80%) verilir.

Almanın dünya miqyasında on mindən artıq sortu becərilir. Alma sortları yetişməsi vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortlar.
Yaylıq sortlar: Fəximə, Şirvan reneti. Papirovka, Melba. Yeva.
Payızlıq sortlar: Sarı Belflor, Qışlıq qızıl parmen, Landsberq reneti.
Qışlıq sortlar: Cır Hacı, Sarı turş, Simirenko reneti, Qolden Delişes, Qızıl Əhmədi, Şampan reneti, Red Delişes, Royal red Delişes .
Yeni introduksiya olunmuş alma sortları: Qrand Smit, Fuji, Qolden Delişes, Conaqold, Ağ renet.
“Spur” tipli sortlar. Vaqner prizovoy, Qold spur, Starkinq, Starkrimson.

  

Armudun respublikamızda daha geniş yayılan növləri aşağıdakılardır:
Qafqaz armudu, Meşə armudu . Armud sortları da yetişmə vaxtına görə yaylıq, payızlıq və qışlıq olurlar.
Yaylıq sortlar: Abasbəy Vilyams. Klappın sevimlisi. Cır Nadiri, Red Vilyams Payızlıq sortlar: Lətifə, Bere Boks, Lesnaya krasavitsa Qışlıq sortlar: Nararmudu, Kürə, Əntiqə, Gülşən, Bere Ardanpon, Sini armud.
  

Azərbaycanda heyvanın yalnız bir növü – Adi heyva becərilir. Bütün mədəni heyva sortları bu növdən törəmədirlər.
Sortları: Cardam, Qara heyva, Qaraman heyva, Sarı heyva. Pensər, Vələçin.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *