Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində layihənin ekspertləri tərəfindən Qax rayonunda yerli fermerlər üçün fındıq və tərəvəz sahələrində zərərverici orqanizmlərə qarşı bioloji mübarizə üsullarının tətbiqi və ekoloji təmiz məhsul istehsalı mövzularında növbəti təlim keçirilmişdir. Tədbir Aqrar Elm Mərkəzinin və Ekoloji Kənd Təsərrüfatı üzrə Təcrübə və Resurs mərkəzinin nümayəndələrinin dəstəyi ilə keçirilmişdir.
Tədbirdə 50-dən çox ekoloji təsərrüfatçılıqla məşğul olan fermer iştirak etmişdir. Regional ARB televiziyası tərəfindən çəkilişlər aparılmış, expertlərimizdən müsahibələr alınmışdır.
#GABA #EaPTC #improvingAgriculture #improvingAzerbaijan

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *