Tədbirin məqsədi respublikada arıçılığın inkişafına təkan vermək, maraqlı tərəfdaşları bir araya gətirmək, onlar arasında işgüzar əlaqələri gücləndirmək və potensial inkişaf imkanlarını genişləndirməyə stimul verməkdən ibarət olmuşdur.

Tədbirdə Samux rayonunun Alıuşağı, Çobanabdallı, Lək, Goranboy rayonunun  Rus Borisi və Daşkəsən rayonunun Qabaqtəpə kəndlərindən olan layihənin arıçılıq üzrə mənfəətçiləri, layihənin rəhbər  və ekspertləri, Yerli İcra orqanlarının nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) sədri Bədrəddin Həsrətov,layihənin hüquqşünası Məhəmməd Quluzadə və Sığorta məsələləri ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya  şirkətinin Gəncə şəhəri Nizami filialının direktoru Xəqani Bayramov iştirak etmişlər. Tədbirdə Arıçılıq sahəsində ölkə qanunvericiliyinə ümumi baxış, Azərbaycanda arıçılığın inkişaf perspektivləri, arıçılıq məhsullarının bazara çıxış imkanları, AAA-a üzvlüyün şərtləri və üstünlükləri, Samux nümayəndəliyinin yaradılması üçün qaydaların və bir sıra aktual məsələlərin müzakirəsi aparılmışdır.

Tədbirdən sonra Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Samux rayonunun Alıuşağı, Çobanabdallı və Lək kəndlərindən olan arıçıların iştirakı ilə mərkəzin direktoru Rahil Həsənovun və AAA nümayəndələrinin dəstəyi ilə toplantı keçirildi və Azərbaycan Arıçılar Assosiasiyasının Samux rayon nümayəndəliyi yaradıldı.

   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *