Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi SEEDS layihəsinin 2-ci mərhələsi  üçün seçilmiş mənfəətçilərə təlimlər həyata keçirilir. Samux rayonunun Sarı Qaya və Lək kəndlərindən hər birində 15 ailəyə layihə tərəfindən 5 arı ailəsi verilərək arıçılıq təsərrüfatları yaradılmışdır. Bu arıçılıq təsərrüfatlarının inkişafı və fermerlərin bilik və bacarıqlarının artırılması üçün GABA-nın eksperti İlqar Rəhimov tərəfindən davamlı olaraq təlimlər keçirilir. Əlavə olaraq, layihənin həm birinci mərhələsindən, həm də ikinci mərhələsindən olan təsərrüfatlara monitorinq səfərləri edilir və arıxanalara baxış keçirilərək nöqsanlar aradan qaldırılır.

Qeyd edək ki, SEEDS layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Gəncə Aqrobiznes Assosiasiyası və  SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən (SOS UK – AZ) icra edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *