Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi SEEDS layihəsinin 2-ci mərhələsi  üçün seçilmiş mənfəətçilərə praktiki təlimlər həyata keçirilir. Samux rayonunun Sarı Qaya və Lək kəndlərindən hər birində 15 ailəyə layihə tərəfindən 5 arı ailəsi verilərək arıçılıq təsərrüfatları yaradılmışdır. Bu arıçılıq təsərrüfatlarının inkişafı və fermerlərin bilik və bacarıqlarının artırılması üçün GABA-nın eksperti İlqar Rəhimov tərəfindən davamlı olaraq praktiki təlimlər keçirilir. Belə ki, Sarı Qaya kəndindən olan 15 mənfəətçinin iştirakı ilə “Balın süzülməsi” mövzusunda növbəti praktiki təlim həyata keçirilmişdir. Tədbir məfəətçilərdən birinin təsərrüfatında baş tutmuşdur və ekspert bal süzümü zamanı əsas məqamlara toxunaraq, bütün prosesi nümayiş etdirmişdir, mənfəətçilərin bütün suallarını cavablandıraraq öz məsləhət və tövsiyyələrini vermişdir. Nəticə olaraq, mənfəətçinin arıxanasından 20 kq bal süzülmüşdür və daha bir bal süzümü avqust ayında həyata keçiriləcək.

Qeyd edək ki, SEEDS layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Gəncə Aqrobiznes Assosiasiyası və  SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən (SOS UK – AZ) icra edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *