Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən cari ildə icrasına başlanmış “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsinin ekspertləri Şəki-Zaqatala regionu üzrə seçilmiş fındıqçılıq və tərəvəzçilik təsərrüfatlarında monitorinq fəaliyyətlərini davam etdirmişdir.

Monitorinqin əsas məqsədləri təsərrüfatlarda bitkilərin inkişaf mərhələsinə uyğun həyata keçirilən işlərin, o cümlədən aqrotexniki tədbirlərin, suvarmaların, bitki mühafizə işlərinin düzgün yerinə yetirilməsinin qiymətləndirilməsi vasitəsilə keyfiyyətli məhsul və yüksək məhsuldarlığın əldə olunmasını təmin etməkdir.

Monitorinqin nəticələrinə görə məlum oldu ki, layihə çərçivəsində seçilmiş fermerlər layihəyə cəlb edilmiş ərazilərdə vegetasiya dövrü ərzində bitki mühafizə işlərində kimyəvi vasitələrdən istifadə etməmişdirlər.

Layihənin Gürcüstan tərəfdaşları hazırda laboratoriya şəraitində faydalı mikroorqanizmlərin artırılması üçün tədqiqatlar aparır və nəticə olaraq hazırlanacaq biomateriallar həm Gürcüstanın Laqodexi, həm də Azərbaycanın Şəki-Zaqatala regionunda seçilmiş fermerlərə bitki mühafizə işlərində istifadə edilməsi üçün çatdırılacaq.

Fəaliyyət planına uyğun olaraq monitorinqlər davamlı olaraq həyata keçirilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *