Gəncə Aqrobiznes Assosiasiyası (GABA) 23.02.2019-cu il tarixdə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində icra olunan “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin fəaliyyət planına əsasən Qax rayonunda seminar təşkil etmişdir.

 

Tədbirdə layihənin icraçısı GABA və onun Gürcüstan tərəfindən tərəfdaş təşkilatı olan Regional İdarəetmə və İqtisadi İnkişaf Mərkəzinin nümayəndələri və layihə çərçivəsində Gürcüstanın Laqodexi rayonunda seçilmiş ən qabaqcıl fermerləri də iştirak etmişlər. Tədbirdə qonaqlar layihə çərçivəsində Gürcüstanda həyata keçirdikləri təcrübələr və əldə olunmuş nəticələr haqqında geniş məlumat vermişlər.

 

Layihənin kənd təsərrüfatı üzrə eksperti Ekoloji təmiz kənd təsərrüfatı, İnteqrir Bitki Mühafizə (İBM) sisteminin tətbiqi haqqında geniş məlumat vermişdir. Mövzu üzrə fermerləri maraqlandıran sualları cavablandırmışdır və innovativ metodların təhlilini apararaq kompostun hazırlanması, növbəli əkin sisteminin tətbiqi, zərərvericilərə qarşı bioloji mübarizə metodlərı haqqında geniş məlumat təqdim etmişdir.

 

Layihə tərəfindən təşkil olunmuş nahar fasiləsindən sonra Dəyər zənciri üzvləri təqdim olunmuş mövzu üzrə qarşılaşdıqları çətinliklərə dair diskusiyalar aparmışlar, gürcüstandan olan qonaqlarla birgə təcrübələrini bölüşmüşlər. Bütün iştirakçılar informativ materiallarla təmin edilmişdir. Tədbirin sonunda bütün iştirakçılar kollektiv xatirə şəkili çəkdirmişlər.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *