Mozaika virusu nədir?

Bu virus meyvə, tərəvəz və dekorativ bitkilər daxil olmaqla 150-dən çox bitki növünü yoluxdurub. Bu xəstəlik bitki yarpaqlarında saralmış, ağ, açıq yaşıl və tünd yaşıl ləkə, damarlanma kimi üzə çıxır. Ən çox yoluxan bitki növlərinə pomidor, kələm, balqabaq, gül kələmi və xiyar aiddir.

Xiyar mozaikası virusu ən çox yayılmış virus tipidir, mənənələrlə yayılır. Bu virus tipi adından göründüyü kimi xiyarla yanaşı, pomidor, yemiş, balqabaq və digər bitkiləri yoluxdura bilir.
Tütün mozaikası virusu toxumlar və birbaşa kontakt vasitəsilə yayılan xəstəlikdir. Bu xəstəlikdən müdafiə üçün ən uğurlu üsul davamlı sortların seçilib əkilməsidir.

     

Mozaik virusu və ziyanının təyini
Virus tipli xəstəlikləri aşkara çıxarmaq nisbətən çətin olur, çünki simptomlar bitkidən-bitkiyə dəyişdiyi kimi, onun yaşınan və inkişaf şərtlərindən də asılı olur. Buna baxmayaraq bu xəstəliyi təyin etmək üçün bəzi üsullar vardır:

  • Get-gedə artan sarı, ağ, açıq və tünd yaşıl rəngli xallar və ləkələrin yaranması. Bu da yarpaqlara suluqlaşmış, qabarmış görünüş verir
    • Yoluxmuş bitki adətən inkişafdan qalmış halda olur və ya zəif inkişaf edir
    • Bitkinin digər hissələri də deformasiyaya uğramış ola bilər, yarpaqlar dalğavari, büzülmüş forma ala bilər
    • Bitki inkişafdan qalaraq yarpaq uclarının inkişafı dayanır və fizioloji anomaliyalar baş verir, damarlar xırda cizgilərə başlanğıc verir. Pomidorlar inkişafdan qalmış və formasını itirmiş halda olur (Xiyar mozaik virusu)
    • Yoluxmuş bitki saralmış, bəzən isə dəyişik rəngli yarpaqlara malik olub burulmuş formanı alır. Bitki hissələri deformasiyaya uğramış vəziyyətdə olur (Tütün mozaikası virusu)

    

Xəstəliyin idarə olunması və qarşısının alınması
Əgər bitki yoluxubsa idarə etmək mümkün deyildir. Bütün yoluxmuş bitkilər dərhal torpaqdan çıxarılıb məhv olunmalıdır. Əkininiz üçün istifadə olunan bütün avadanlıqlar da dezinfeksiya olunmalıdır.

     

Xəstəliyin qarşısını almaq üçün:
• Xəstəliyə dözümlü bitkilər əkilməlidir. Xiyar mozaik virusuna qarşı davamlı olan pomidor sortları hələ ki, əldə olunmamışdır. Lakin tütün mozaikasına dözümlü pomidor sortlar müəyyən qədər xiyar mozaik virusuna da qarşı davam gətirə bilər.
• Mozaik virusları xüsusilə həşəratlar; mənənə və yarpaq gəmiriciləri tərəfindən yayılır. Əkin yerinizi həşəratların daha çox yayıldığı dövrlərdə örtüklə (və ya alüminium kağızla) örtməklə qoruya bilərsiniz.
• Yabanı otlarla ciddi məşğul olun. Bəziləri xəstəlik daşıyıcısı ola bilər.
• Tütün mozaikası virusunun qarşısını almaq üçün əkin öncəsi toxumları 10%-li əhəng məhluluna batırın və yoluxma varsa sağlam bitkilərin yanında bu viruslarla kontakta girməyin

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *