Meyvə ağaclarının əkilməsinin müxtəlif qaydaları vardır. Bu qaydalar müyyən proseslərlə həyata keçirilir.

Ağaclar yaz və payız aylarında əkilməlidirlər. Əgər əkin payız vaxtına düşürsə, demək əkilmə oktyabr ayında başlamalıdır. Əgər yazdadırsa, onda aprel ayının ikinci yarısı, mayın əvvəlindən həyata keçirilməlidir. Lakin ağaclar gec əkildiyi zaman, onlar zəif kök salır və əlavə suvarmaya ehtiyac olur.

Əkin texnologiyası: Ağacların əkilməsi zamanı əkin materiallarının vəziyyəti önəm kəsb edir. Şitil üçün lazımi dərinlik qazılmalıdır. Əgər kötüklər quruyubsa, ağacı əkmədən öncə onları 12-24 saatlıq suda saxlamaq lazımdır. Köklərin quruması şitilin tutub-tutmamasına mənfi təsir göstərir. Ona görə də, əkilənə qədər kökləri nəm yosun və ya saman ilə bağlayıb, üstünü brezent ilə örtmək lazımdır. Brezent – su keçirməyən qalın parçadır.

Əkilmədən öncə şitillərin köklərinə diqqətlə baxmaq lazımdır. Qurumuş hissələri varsa ehtiyatla sağlam köklərə qədər kəsilməlidir. Kəsərkən maksimum az və düz (əyri kəsmək olmaz) kəsmək lazımdır.

Əkinin düzgün dərinliyini bilmək çox vacibdir. Dərinlik az olarsa şitilin kökləri qışda şaxtadan, yayda isə istidən məhv ola bilər. Əksinə, çox dərinə əkilərsə, o zaman ağac quruyur, kökləri zəif inkişaf edir və yavaş – yavaş məhv olur. Ağacı düzgün əkmək üçün nəzərə almaq lazımdır ki, əkin zamanı yeni qazılmış çuxur yenidən torpaq ilə örtüldüyü zaman müəyyən daralma baş verir.

Düzgün əkilmiş ağacın kök boyuncuğu(kökün gövdəyə keçid hissəsi) torpağın səthindən 4-5 sm hündürlükdə olmalıdır. Əkildikdən sonra ağac çuxurda normal vəziyət alır. Belə ki, onun kök hissəsi torpaq qatı ilə eyni səviyyədə olacaq. Çuxurun uzunluğu boyunca nazik dirək və ya kürək qoyaraq ağacın əkilməsi üçün lazımi dərinliyi asanlıqla təyin etmək olar.

Ağacın əkilməsini iki nəfər həyata keçirməlidir. Bir nəfər ağacı çuxura yerləşdirir, köklərini düzəldir, ikinci şəxs isə yavaş-yavaş torpaq ilə çuxuru doldurur. Köklərin aralarına torpağın tam dolması üçün, ağacı saxlayan şəxs onu ehmalca tərpədir.

Köklər tam örtüldükdən sonra şitilin ətrafındakı torpaq bərkidilir. Ağacı əkərkən köklərin çuxur boyu tam uzadılmasına, uclarının yuxarıya doğru əyilməməsinə diqqət etmək lazımdır. Ağac çuxurun tam ortasında əkilməlidir. Çuxurun doldurulması zamanı, torpağın yalnız üst qatı istifadə olunmalıdır.

Ağaclar yazda əkilirsə, o zaman günəş yanıqı qarşısını almaq üçün şimal və ya şimal-şərq istiqamətlərdə əkilməlidir.

Əkildikdən sonra ağac qamçı və ya polietilen vasitəsi ilə 8 uclu şəkildə dirəyə bərkidilir. Amma bunu edərkən diqqət etmək lazımdır ki, bu bərkitmə ağacın torpağa oturmasına və ya inkişafına maneə olmasın.

Ağacın yaz və ya payızda əkilməsindən asılı olmayaraq, əkilmiş hər ağacın ətrafında balaca quyu qazılır və ora 2-3 vedrə su tökülür. Bununla sadəcə torpağı sulamaq yox, eyni zamanda nəmləndirərək köklərin torpağa tam oturması təmin edilmiş olur.

Sulandıqdan sonra səthin üzəri dağınıq torpaq və ya torf ilə örtülür. Bu, torpaqda nəmin qorunub saxlanılması və üzərində lazımi qabığın əmələ gəlməsi üçün vacibdir.

Şitillərin torpaq səthinə əkilməsi elə aparılır ki, torpaq tam kötüklərin üstünə və ya gövdəyə bir az sıxılmış olmalıdır. Çünki torpaq yatması zamanında kötüklər açıqda qala bilər.

Yazda əkilməsi üçün payızdan hazırlanmış şitilləri hələ qış aylarından əkilmiş halda saxlamaq lazımdır. Bunun üçün eni 50 sm uzunluğu 70 sm olan çuxur qazılır. Çuxurun bir divarı əyri qazılır, ağaclar bir sırada əyri hissə üzrə düzülür və üzəri torpaq ilə örtülür.

Torpaqla yalnız köklərini deyil, gövdəsini də bağlamaq lazımdır. Təxminən onun 1/3 hissəsini. Şitillərin qışda əkilməsi zamanı onlara maksimum quru və qar yığıntısının çox olmadığı yeri seçmək lazımdır.

Mənbə: botanique.az

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *