Dünya üzrə kənd təsərrüfatı məhsullarının istehasalı fərqli amillərdən asılıdır. Belə ki, burada coğrafi mövqe, iqlim, torpaq-bitki örtüyü, iqtisadi vəziyyət mühüm rol oynayır.

Dünyada kənd təsərrüfatı iki istiqamətə sahibdir. Birincisi ailənin sadəcə özünü təmin etməsi məqsədi ilə məşğul olduğu təsərrüfat sahələri. Ikincisi isə satış (gəlir) məqsədli təsərrüfat sahələri. XX əsrdən başlayraq ikinci istiqamət daha qabarıq şəkildə inkişaf edir.

Əsas səbəb qidaya olan tələbatdır. Bununla birlikdə yaranan səbəblər isə, hər bir ölkənin daxili və xarici iqtisadi, siyasi vəziyyəti yaxşılaşdırma istəyidir.

Dünyanda ən çox kənd təsərrüfatı məhsulları ixrac edən ölkələr: 

  1. ABŞ
  2. Hollandiya
  3. Almaniya
  4. Braziliya
  5. Çin

Ümumilikdə dünyada ixrac olunan kənd təsərrüfatı məhsullarının 30%-nə ilk 5 ölkə sahibdir. Bu 5 ölkədən sonra siyahıya Rusiya və Hindistanı da əlavə etmək olar.

Dünyada ən böyük kənd təsərrüfatı məhsullarının idxalatçı olan ölkələr: 

  1. Çin
  2. ABŞ
  3. Almaniya
  4. Yaponiya
  5. Fransa

Bu 5 ölkə ümumlikdə dünyadakı k\t məhsullarının idxalatının 40%-nə sahibdirlər.

Müasir dövrdə texnologiya sahəsində kənd təsərrüfatında işlər asanlaşmış, məhsulların çeşidi çoxalmış, bir çox yeni məhsuldar növlər əldə edilmişdir.

 Kənd təsərrüfatı geniş miqyasda ticarət üçün inkişaf etdirilir.

XIX  əsrdən sonra Amerika Avropaya taxıl, süd məhsulları, duzlu ət göndərməyə başladı. Saxlama və soyutma sistemlərini inkişaf etdirdikdən sonra isə Avropa özü bir çox ölkəyə qida məhsulları ixrac etməyə başladı. I Dünya Müharibəsindən sonra isə əlaqə və nəqliyyatda çətinliklər yarandı. Bundan sonra digər ölkələr bahalı qiymətə k/t məhsullarını Avropaya satdı. Avropa və Amerika arasındakı rəqabət bundan sonra başaldı. Lakin başda İngiltərə olmaqla bütün Avropa ölkələri süd və süd məhsullarının istehsalı üzrə irəliləyə bildilər. Xüsusiylə də Danimarka və Hollandiyanın xarici bazara sürətlə böyük miqdarda süd məhsulları ixrac etməsi Avropanı önə çəkdi. Ancaq yenə II Dünya Müharibəsi Avropa iqtisadiyatına bir daha zərbə vurdu.

Heyvandarlığın müxtəlif sahələrində lider olan ölkələr.

İlk olaraq heyvandarlıq sahəsinə baxaq. Heyvandarlıq ət, süd, yumurta, dəri, yun (tük) kimi məhsulları əldə etmək üçün heyvan yetişdirməyə verilən addır. Heyvandarlıqda ət istehsalı üçün yetişdirilən heyvanlar daha üstünlük təşkil edir. Heyvandarlıqda 3 sahə fərqlənir: qaramal, qoyunçuluq və donuzçuluq.

 Qaramalın sayına görə Hindistan, Braziliya, Argentina, Çin, ABŞ, Rusiya fərqlənir.

Dünyada qoyun yetişdirməkdə lider olan ölkə Avstraliyadı. Qoyunçuluqda öndə gələn ölkələr siyahısına Rusiya, Çin, Yeni Zellandiya, Türkiyə, Hindistan, İngiltərə də daxildir.

Quşçuluq əhalini ət və yumurta məhsulları ilə təmin etməyə çalışan bir sahədir. Bu sahə sürətli ət təminatı üçün maraq dairəsindədir. Sənayeləşmiş intensiv kənd təsərrüfatı sahəsidir. Dünyada istehsal olunan ət məhsullarının ümumi həcmində quşçuluğun payı artır. Daha çox şəhərətrafı və iri şəhər aqromerasiyalarına yaxın ərazilərdə inkişaf etdirilir ki, əhalinin ətə olan tələbatı tez zamanda qarşılansın. Hansı istiqamətdə qurulmasından asılı olaraq ona uyğun toyuq cinsindən istifadə olunur. Yumurta üçün ən məhsuldar olan cins Leqqorn, ət üçün isə Korniş və Ağ brama cinsli toyuqlardan istifadə olunur. Quşçuluq əlbətdə ki, təkcə toyuqdan ibarət deyil. Həmçinin, qaz, ördək, hinduşqa, bildirçin  kimi digər ev quşlarını yetişdirmək də daxildir.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *