Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsi üzrə

 Aqrobiznes mütəxəssisi tələb olunur.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsilli, Kənd təsərrüfatının iqtisadiyyatı və ya marketinqi üzrə təhsilinin olması;
  • Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı;
  • PR-ın və PR kampaniyalarının planlaşdırılması prinsiplərini;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə dəyər zənciri barədə təcrübə
  • Marketinq kampaniyalarını idarə etmək üçün ünsiyyət qurmaq, insanlararası əlaqə yaratmaq və danışıqlar aparmaq bacarığı;
  • Ünsiyyət zamanı məlumatların çatdırılması prosesində peşəkar imic formalaşdırmaq üçün təqdimat etmək bacarıqları;
  • Müştərilər, kampaniyanın məqsədləri və ictimaiyyətlə əlaqələr üzrə kampaniyalar ilə əlaqədar problemlər barədə zəruri məlumatları əldə etmək üçün araşdırma aparmaq bacarığı;
  • Yüksək keyfiyyətli materialların və təqdimatların hazırlanması məqsədi ilə bir sıra ofis avadanlıqlarından və proqram təminatından, eləcə də internetdən istifadə etmək üçün texniki bacarıqlar;
  • İnternet sahəsi və sosial şəbəkələr haqqında biliklər;
  • Azərbaycan dilində mükəmməl, rus  və ingilis dillərində orta savadlı yazı və şifahi vərdişlərə malik olmaq;
  • İş qrafiki: 5 gün 09:00 -18:00.
  • Müxtəlif regionlara qısa ezamiyyətlərə getmə imkanı olmalıdır.

 

Sənədlər (CV) aşağıdakı elektron poçt ünvanında qəbul edilir:

hr@gaba.az

«Gəncə Aqrobiznes Assosiasiyası»,
Cavadxan 19,Gəncə, Azərbaycan. AZ2000

Əlaqə üçün aşağıdakı nömrələrə zəng edə bilərsiz.

Tel/Faks: +994 22 256 94 00

Mobil: +994 55 252 24 23

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *