04.03.2019-cu il tarixdə Gürcüstanın Laqodexi rayonunda “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Lagodekhi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsinin bağlanış mərasimi keçirilmişdir. Tədbirdə layihənin ekspertləri, Azərbaycandan olan lider fermerlər, Gürcüstanın Laqodexi rayonundan olan layihənin benefisiarları və donor təşkilatın nümayəndələri iştirak etmişlər.  Tədbirdə layihə çərçivəsində əldə olunmuş nəticələr haqqında həm Azərbaycan, həm Gürcüstan tərəfdaşları geniş məlumat vermişlər. Fermerlər əldə olunmuş təcrübələrini bölüşmüş və layihənin böyük əhəmiyyətini qeyd etmişlər. Azərbaycanda layihə çərçivəsində ekoloji fındıq istehsalında əldə olunmuş nailiyyət haqqında iştirakçılara məlumat verilmişdir.

Tədbirdə layihənin məqsədlərinə uyğun olaraq hər iki dövlətin nümayəndələri gələcək fəaliyyətlərində əməkdaşlıq etmək haqqında Anlaşma memorandumu imzalamışlar: GABA tərəfindən təşkilatın İH sədr müavini Şəhriyar Babayev və RGEDC təşkilatı tərəfindən təşkilatın rəhbəri Tinatin Nadaraya birgə əməkdaşlıq haqqında sənəd imzalamışlar, Şəki-Zaqatala rayonundan olan lider fermer Bəxtiyar Habilov və Laqodexi rayonundan olan lider fermer V.Laliyeva öz aralarında ekoloji  kənd təsərrüfatı məhsullarının istehsalında birgə iştirak etmələri haqqında razılaşma sənədini imzalamışlar.

Qeyd edək ki, layihə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramları çərçivəsində GABA və onun tərəfdaşı RGEDC tərəfindən həyata keçirilmişdir. Layihənin Azərbaycanda təntənəli bağlanış mərasiminin Şəki-Zaqatala rayonunda da keçirilməsi üçün hazırlıq işləri gedir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *