GABA-nın Şəki-Zaqatala regionunda icra etdiyi “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Lagodekhi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində Şəki, Qax və Zaqatala rayonlarında növbəti təlimlər keçirilmişdir. Yerli fermerlər təlimlərdə böyük həvəslə iştirak etmiş və təlim zamanı onlar zərərvericilərə qarşı İnteqrir  Bitki Mühafizə sisteminin tətbiqi haqqında geniş məlumat almışdırlar.

Təlimlərdə kimyəvi preparatlardan istifadənin ətraf mühitə vurduğu zərər, ekoloji kənd təsərrüfatının prinsipləri və zərərvericilərə qarşı bioloji mübarizə metodları haqqında müzakirələr, disskusialar aparılmışdır. Təlimlərdə ümumilikdə 92 nəfər iştirakçı üçün məlumatlandırıcı çap materialları paylanmışdır

Təlimlərdə həm KTN Dövlət Aqrar İnkişaf  Mərkəzlərinin həm də AMEA-nın ETKT üzrə təcrübə və resurs mərkəzinin mütəxəssisləri yaxından iştirak edib, bioloji mübariə tədbirləri haqqında ətraflı məlumatlar verdilər.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *