Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi SEEDS layihəsi çərçivəsində iyun ayında benefisiarlara verilmiş olan arı ailələrinə baxış keçirilməsi məqsədilə Goranboy rayonunun Rus Borisi və Daşkəsən rayonunun Qabaqtəpə kəndlərinə səfərlər edilmişdir.

Səfərlər zamanı benefisiarların arıxanalarına fərdi şəkildə baxış keçirilmişdir. Gəncə Aqrobiznes Assosiasiyasının mütəxəssisləri tərəfindən mənfəətçilərə tövsiyə və məsləhətlər verilmişdir.

Qeyd edək ki, SEEDS layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Gəncə Aqrobiznes Assosiasiyası və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən (SOS UK – AZ) icra edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *