Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi SEEDS layihəsi çərçivəsində iyun ayı tarixindən etibarən təlimlərə start verilmişdir. Təlimlər Samux rayonunun Alıuşağı, Goranboy rayonunun Rus Borisi və Daşkəsən rayonunun Qabaqtəpə kəndində keçirilmişdir. Təlimin mövzusu – Arıxananın təşkili, pətəklərin yerləşdirilməsi üçün yerin seçilməsi, arıxanada arılarla davranış qaydaları və arıxanada arıçı avadanlıqları.

Hər təlimdə 15 benefisiar olmaqla daha 2-4nəfər arıçılığa marağı olan həvəskarlar da iştirak etmişdir.

Təlimlərdən sonra ekspertlər təsərrüfatlara baxış keçirərək, iştirakçılara praktiki məsləhətlərini vermişlər

Qeyd edək ki, SEEDS layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Gəncə Aqrobiznes Assosiasiyası və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası tərəfindən (SOS UK – AZ) icra edilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *