Təlimlər davam edir

Gəncə Aqrobiznes Assosiasiyasının icra etdiyi “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi üzrə avqust ayı ərzində layihənin ekspertləri tərəfindən Şəki rayonunda yerli fermerlər üçün fındıq və tərəvəz sahələrində zərərverici orqanizmlərə qarşı bioloji mübarizə üsullarının tətbiqi və ekoloji təmiz məhsul istehsalı mövzularında təlimlər keçirilmişdir.

Təlimlərdə fermerlərə layihə mütəxəssisləri tərəfindən məhsul istehsalı prosesində zərərvericilərə qarşı ətraf mühit üçün təhlükəsiz olan vasitələrdən – biopreparatlardan və entomofaqlardan istifadə edərək ekoloji təmiz bitki məhsullarının yetişdirilməsinə İnteqrir Bitki Mühafizə Sisteminin əhəmiyyəti haqqında ətraflı məlumatlar verilib.

Təlim prosesində fermerlərə aydın olduki, öz məhsullarının xarici bazarlara çıxışının təmin edilməsi üçün bağlarda kimyəvi vasitələrdən istifadənin azaldılması prioritet məsələlərdəndir və bu cür layihələrin icra edilməsi bilik və bacarıqların artırılmasında böyük rol oynayır.

Təlim iştirakçılarına mövzunu əhatə edən təlim materialları, layihənin məqsədlərini və ekoloji təmiz kənd təsərrüfatının əhəmiyyəti barədə məlumatları əks etdirən broşüralar paylanıldı.

Təlimlərin uğurla keçirilməsinə dəstək verən Şəki Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və AMEA-nın ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin mütəxəssisləri fermerlərin bilik və bacarıqlarının artırılması işinə öz töhfələrini verdilər.

Sonda layihə ekspertləri tərəfindən məhsul istehsalçılarının çoxsaylı suallarına aydınlıq gətirildi və onlara tövsiyələr verildi.

    

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *