Gəncə Aqrobiznes Assosiasiyasının ekspertləri bitkilərə ziyan vuran fitofaq zərərvericilər və onların entomofaqlarını kompleks şəkildə öyrənir.

Gəncə Aqrobiznes Assosiasiyası mart 2018-ci il tarixdən etibarən Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi Azərbaycan (Şəki-Zaqatala) və Gürcüstanın (Lagodexi) sərhədyanı bölgələrində İnteqrir Bitki Mühafizə Sisteminin tətbiqi (İBM) məqsədi ilə qiymətləndirmə aparmaq, eyni zamanda bölgənin aqrobiznes dəyər zəncirlərində fındıq və tərəvəz məhsulları üçün potensialı təhlil etməkdən ibarətdir.

Bu məqsədlə 2018-ci ilin mart ayından etibarən Şəki-Zaqatala bölgəsinin Zaqatala, Qax və Şəki rayonlarının fındıq bağlarında və tərəvəz üçün nəzərdə tutulmuş əkin sahələrində müşahidələr aparılmışdır. Fındıq bağlarında aparılan müşahidələr zamanı bitki qalıqları və zərərvericilərin qışlayan mərhələləri toplanmış və laboratoriya şəraitində analizlər aparılmışdır.
Layihənin icra edilməsi üçün Şəki-Zaqatala regionundan Şəki, Qax və Zaqatala rayonları hədəf seçilmişdir və bütün fəaliyyətlər və təcrübələr bu 3 rayonda keçiriləcək. Bu rayonlarda 4 kənd seçilərək hər kənddə 1 istehsalçı qrupu yaradılmışdır, regionda fəaliyyət göstərən 10 kənd təsərrüfatı təchizatçısı layıhə fəaliyyətlərinə cəlb olunmuşdur. Qeyd edək ki, layihə fəaliyyətlərində yerli icra nümayəndəlikləri və bələdiyyələr böyük maraq göstərmiş, aparılan sorğular və araşdırma işlərində yaxından iştirak etmişlər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *