Gəncə Aqrobiznes Assosiasiyası (GABA) 25.01.2019-cu il tarixdə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində icra olunan “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin fəaliyyət planına əsasən Zaqatala rayonunda seminar təşkil etmişdir.  Tədbirdə layihənin benefisiarları olan fermerlər, emalçılar və təchizatçılar, yerli icra orqanlarının nümayəndələri olmaqla ümumilikdə 23 nəfər iştirak etmişdir. Tədbir zamanı layihənin icma səfərbərliyi üzrə mütəxəssisi Yalçın Nəsibov layihə çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumatları iştirakçılara təqdim etmişdir. Layihənin kənd təsərrüfatı üzrə eksperti Kazım Hüseynov Ekoloji təmiz kənd təsərrüfatı, İnteqrir Bitki Mühafizə (İBM) sisteminin tətbiqi haqqında geniş məlumat vermişdir. Ekspertlər mövzu üzrə fermerləri maraqlandıran sualları cavablandırmış və innovativ metodların təhlilini apararaq kompostun hazırlanması, növbəli əkin sisteminin tətbiqi, zərərvericilərə qarşı bioloji mübarizə metodları haqqında geniş məlumat təqdim etmişdirlər. Layihənin koordinatoru Şəhriyar Babayev Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar və yeniliklər haqqında geniş məlumat vermişdir. Tədbir zamanı iştirakçılar təchizatçı, fermer və yerli icra orqanlarının nümayəndələrindən ibarət olmaqla 3 qrupa bölünərək zərərvericilərə qarşı mabrizədə mövcud olan problemləri qeyd edərək onların həlli yollarının tapılması üçün diskusiyalar aparmışlar, hər qrup ayrı ayrılıqda öz təklifləri ilə çıxış etmişlər.

Bütün iştirakçılar layihə çərçivəsində hazırlanmış informativ çap materialları ilə təmin olunmuşdur. Tədbir zamanı iştirakçılara çay və nahar masası təşkil olunmuşdur.

           

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *