Gəncə Aqrobiznes Assosiasiyası (GABA) 18.01.2019-cu il tarixdə Şərq Tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlığı Proqramları çərçivəsində icra olunan “Azərbaycanın (Şəki – Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsulunun tətbiqi” layihəsinin fəaliyyət planına əsasən Qax rayonunda dəyirmi masa görüşü təşkil etmişdir.

Tədbirdə layihənin benefisiarları olan fermerlər, emalçılar və təchizatçılar, yerli icra orqanlarının nümayəndələri, AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin mütəxəssisləri iştirak etmişlər. Tədbir zamanı GABA mütəxəssisləri layihə çərçivəsində görülmüş işlər və nəticələr haqqında məlumatları iştirakçılara təqdim etmişlər.

Layihənin kənd təsərrüfatı üzrə eksperti Ekoloji təmiz kənd təsərrüfatı, İnteqrir Bitki Mühafizə (İBM) sisteminin tətbiqi haqqında geniş məlumat vermişdir. Mövzu üzrə fermerləri maraqlandıran sualları cavablandırmışdır və innovativ metodların təhlilini apararaq kompostun hazırlanması, növbəli əkin sisteminin tətbiqi, zərərvericilərə qarşı bioloji mübarizə metodları haqqında geniş məlumat təqdim etmişdir.

AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru Amin Babayev bu sahədə olan təcrübəsini bölüşmüşdür. Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar və yeniliklər haqqında məlumat vermişdir. Tədbirdə Dəyər zənciri üzvləri mövzu üzrə qarşılaşdıqları çətinliklərə dair diskusiyalar aparmışlar.

 

  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *