GABA-nın icra etdiyi “Azərbaycanın (Şəki-Zaqatala) və Gürcüstanın (Laqodexi) sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə  qarşı  bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində iyul ayı ərzində fəaliyyət planın uyğun olaraq layihəyə cəlb olunmuş fermerlər üçün sahə məsləhət xidmətləri həyata keçirilmişdir.

Bu məqsədlə layihənin ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və Regional Kənd Təsərrüfatı İdarələrinin əməkdaşları ilə birgə  Şəki, Qax və Zaqatala rayonlarında iştirakçı fermerlər üçün praktiki sahə məsləhət günü təşkil edilmişdir.

Görüş zamanı ekspertlər fındıq bağlarına və tərəvəz əkinlərinə fermerlərlə birgə baxış keçirmişlər. Baxış prosesində aşkarlanmış zərərverici və xəstəliklər haqqında fermerlərə ətraflı tətbiqi biliklər ötürülmüş, onlara qarşı bioloji mühafizə vasitələrindən istifadə qaydaları üzrə tövsiyələr verilmişdir. Eyni zamanda təsərrüfatlarda bitkilərin vegetasiya dövründə həyata keçirilməsi zəruri olan aqrotexniki qulluq üzrə yol verilmiş nöqsanlar aşkarlanaraq ekspertlər tərəfindən müvafiq məsləhətlər verilmişdir.

Sahə məsləhət xidməti üzrə fəaliyyətlər növbəti aylarda da davam etdiriləcəkdir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *