SEEDS layihəsi çərçivəsində 03 iyul 2019-cu il tarixdə Samux rayonunun Ağasıbəyli kəndində layihə mənfəətçilərinin iştirakı ilə təcrübə mübadiləsi görüşü baş tutmuşdur. SOS UK AZE və GABA-nın mütəxəssislərinin təşkilatçılığı ilə Goranboy rayonunun Səmədəbad kəndindən olan layihənin mənfəətçiləri Samux rayonuna təcrübə mübadiləsi səfərinə aparılmışlar. Tədbirin məqsədi layihənin dəstəyi ilə qurulmuş soyuq istixanalarda tərəvəz becərilməsi ilə məşğul olan mənfəətçiləri bir araya gətirərək uğurlu nəticə əldə etmiş fermerlərin təsərrüfatına baxış keçirmək və təcrübələrinin bölüşməsi olmuşdur. Bu uğur layihə mütəxəssislərinin həyata keçirdiyi təlimlər və sahə günlərində verdiyi məsləhətlərin nəticəsində əldə edilmişdir. Məhsulun əldə edilməsi üçün layihə tərəfindən müvafiq gübrə və dərman preparatları mənfəətçilərə verilmişdir. Nəticə olaraq, fermerlər tərəfindən bir istixanadan orta hesabla hal-hazırda 800 kq qədər məhsul əldə edilərək satışa çıxarılmışdır və məhsul yığımı davam etdirilir.

Qeyd edək ki, “SEEDS” layihəsi Azərbaycanın qeyri Abşeron – Daşkəsən, Goranboy və Samux rayonlarında kiçik, sosial cəhətdən müdafiə olunmayan kənd ailələrinin sosial-iqtisadi imkanlarının genişləndirilməsi və inkişafı layihəsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *