Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir. Çiyələk yetişdirilməsi ən asan bitkilərdəndir. Çiyələk kolu demək olar ki, hər bir yerdə bitir – hasarda, konteynerlərdə və ya asılmış səbətlərdə. Meyvəsidə əlbəttə, çox məşhurdur.

Yetişdirilməsi

Yeni bitən zaman tez-tez sulanmalıdır. Eyni zamanda quru mövsümdə də sulanmalıdır. Bitkini dibdən sulayın, yuxarıdan sulama özək hissəsində və meyvəsində çürüməyə səbəb ola bilər. Böyümə mövsümündə, pomidorda olduğu kimi  hər 7-14 gün arasında maye kalium verin. Payızın əvvəlində hər kvadrat metrə 50 q miqdarında gübrə verin. İstixanlarda, çiçəkləmə dövrü bir neçə həftə erkən ola bilər belə ki, daxildəki temperatur 16 dərəcəni keçməməlidir. Bu çiçəkləməni əngəlləyə bilər. Meyvələr yetişməyə başladıqca, çiyələk torpaqda xarab olmasın deyə altına saman sərin. Və yaxud istəkdən asılı olaraq plastik materiallarda sərə bilərsiniz. Saman və ya plastik materiallar alaq otlarının da bitməsinin qarşısını alır. Əmələ gələn alaq otları əllə də təmizlənə bilər. Əkin bitdikdən sonra, qayçıyla və ya əllə yaşlaşmış yarpaqları təmizləyin. Ziyanvericilərin və xəstəliklərin qarşısını almaq üçün samanı və ya qara polietileni götürün. Çiyələk kolunu üç il becərdikdən sonra yeniləyin.  Torpaqdakı ziyanverici və xəstəlik riskini azaltmaq üçün növbəli əkin sisteminə riayət edin.

 

Əkilməsi

Çiyələk çoxyönlü bitkidir – onun günəşə, kölgəliyə və münbit, yaxşı sulanan torpağa ehtiyacı var. Donmağa meyilli və əvvəl kartof, pomidor əkilmiş torpaqda çiyələk əkməyin, çünki onlar xəstəliklərə meyilli olur. Bitkiləri etibarlı mənbələrdən alın. Yayın sonlarına yaxın sifariş verin ki, payızın əvvəlində əkə biləsiniz. Çiyələk əkildikdən 60 gün sonra məhsul verir.

Çiçəklər adət üzrə torpağa cərgə şəklində əkilir. Tozlandırıcı həşəratların çiçəyə təmasını əngəllədiyindən küləkli yerlərdə çiyələyi əkməyin. Zəif tərkibli torpaqlarda drenaj sistemini yaxşılaşdırmaq və dərin köklənmə üçün nisbətən hündür yataqlarda əkin. Alternativ olaraq konteynerlərdən və ya əkin üçün olan kisələrdən istifadə edə bilərsiniz. 10-15 gün tez faraş məhsul almaq üçün kiçik tipli tunellərdə də əkə bilərsiniz. Bitkinin üzərinə tuneli yazın əvvəlində qurun, ancaq çiçək açan zaman tozlandırıcı həşəratların girişi üçün yanlarını açın.

 

Ziyanvericilər və xəstəliklər

Qırmızı hörümçək. Yarpaqlar solğun və xallı olur və yarpaqlar vaxtından əvvəl tökülür. İsti və quru şəraitdə çoxalırlar. Yumşaq sabun, bitki yağı əsaslı spreylərdən istifadə edin.

Quşlar. Quşlar, xüsusilə göyərçinlər meyvələri yeyərək bir sıra problemlərə səbəb olur.  Torlardan istifadə edərək meyvələri quşlardan qorumaq olar. Müqəvva və ya bəzi quş qovar qurğular işə yarasada ən əla qoruyucu üsul bağban torlarıdır.

Yarpağın ağ rəngdə kifləməsi. Yarpağın səthində ağ tozvari kiflər əmələ gəlir ki nəticədə yarpaq kiçilir və məhv olur. Qarşısını almaq üçün torpaq nəm saxlanmalı, nisbətən sərin yerlərdə əkilməli və üzərinə bitki və ya balıq yağları və ya kükürt əsaslı dərmanlar səpilməlidir.

Boz kiflənmə(çürümə). Əsasən sıx əkilmiş bitkilərdə bu problem baş verir. Əgər bitki nəm şəraitdə çox qalmışsa və bitki zədəli və ya zəifsə həmin problemlə üzləşməsi qaçınılmazdır. Kif adətən zədəli hissələrdən daxil olur ancaq sağlam bitkiyədə düşə bilir. Boz kiflənmə baş verməsin deyə bitkilər seyrək və nisbətən isti havalarda əkilməlidir. Boz kifləmənin yayılmaması üçün gigiyena çox əhəmiyyətlidir. Əgər infeksiya keçmiş bir material görsəniz odu dərhal uzaqlaşdırın.  Kifləmə ən çox sıx mühiti sevir və bitkini əkərkən doğru aralıqda olduğuna əmin olun.

 

Yarpaq üzərində kiçik qara nöqtələr. Yarpaq üzərində əmələ gələn sarı halqalı qara nöqtələr əsasən isti və rütubətli şəraitdə əmələ gəlir. Əgər belə hal baş verərsə bitkini xəstə yarpaqlardan təmizləyin və bitkini yaxşı havalandırın.

        

 

Elmi tədqiqatlar sübuta yetirib ki, çiyələyin tərkibində insana gümrahlıq və xoş ovqat gətirən 50-dən çox ətirli maddə var. Cəmi 150 qram çiyələk bəsdir ki, bütün mənfi emosiyalar bir anın içində neytrallaşsın.

Faydaları:

  • Çiyələk bədənə qüvvət verir.
  • Xolesterolu salır və damar tutulmasının qarşısını alır.
  • Çox yaxşı bir antioksidan olan çiyələk immunitet sistemini gücləndirir.
  • Həzm sisteminin nizamlı işinə çox faydalıdır.
  • Bağırsaq qurdlarını tökür, sidik qovucudur və bədəndəki zərərli maddələri bədəndən uzaqlaşdırır.
  • Qanı təmizləyir.
  • Diş ətlərini gücləndirir və ağız qoxusunu aradan qaldırır.
  • Sakitləşdirici təsiri ilə təzyiqi salır və stressi azaldır.
  • Hərarəti salır.
  • Dərini nəmləndirir, təravət və gözəllik verir.
  • Yaddaşı gücləndirir.
  • İmmuniteti gücləndirir.
  • Şəkər xəstəliyi və qəbizliyin aradan qaldırılmasına köməkçi olur.
  • Xərçəngə qarşı təsirli bir qidadır.
  • Sümüklərin güclənməsi üçün lazımlı kalium, maqnezium və digər mineralları ehtiva edir.
  • Kilo vermənizə köməkçi olur.
  • Folik turşusu, vitamin B5 və bitamin B6 ehtiva etdiyi üçün saçlarınızın tökülməsinin qarşısını alır.
  • Ana bətnində körpənin onurğa iliyi, kəllə və beyin inkişafına kömək olur.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *