Biohumus dünya bazarında özünə ən keyfiyyətli ekoloji təmiz gübrə növü adını qazanmışdır.

Keyfiyyət göstəriciləri:

  • Torpağı qida maddələri ilə zənginləşdirir;
  • Bitgilərdə məhsuldarlığı 30%-70% artırır;
  • Məhsulun yetişmə müddətini 10-15 gün tezləşdirir;
  • Ekoloji təmiz məhsulun yetişdirilməsinə imkan verir
  • Torpağa verilən biohumusun effektivliyi 4-7 il ərzində saxlanılır.
  • Torpağın tərkibində çətin həll olan qida maddələrini asan həll olan formaya çevirir
  • Bitkilərin qida maddələrinə olan təlabatını maksimum təmin etdir;
  • Bitkilərdə xəstəlik və ziyanvericilərə qarşı davamlılığı artırır;
  • Torpağa daxil olan biohumus ona daha dənəvər quruluş verir;
  • Məhsulda nitratın, ağır metalların və radiaktiv maddələrin miqdarını azaldır.

Biohumusun fəaliyyət mexanizmi bir-birini qarşılıqlı şəkildə tamamlayan iki səmərəli xüsusiyyətə əsaslanır:

-Biohumus makro və mikro elementlərin tarazlaşdırılmış nisbətini təmin edir ki, bu da bitkilərin ilk inkişaf fazasında kök sisteminin sürətlə inkişafına təkan verir.

-Biohumusda olan mikroblora üzvi maddələri parçalayaraq bilavasitə kök sisteminin sorulma zonasında qidanı asanlıqla sorulan maddələr yaradır və bütün veqatasiya boyu gübrənin səmərəli təsirini uzadır.

Biohumusun əsas üstünlüyü ondan ibarətdir ki, onun tərkibində olan humusun miqdarı peyinə və digər kompostdan 10-15 dəfə çoxdur. Biohumus nəinki peyini tam əvəz edir, o həm də peyinlə müqaqyisədə daha çox rütubət toplama, hidrofillik, mexaniki davamlılıq, dənəvərlik (o yüksək davamlılığa malikdir) kimi əlavə qiymətli xassələrə malikdir. Ekoloji təmiz və bol məhsulun yetişdirilməsinə imkan yaratdığı üçün inkişaf etmiş ölkələrdə bioqumusdan geniş istifadə olunur.

Onun tərkibində çoxlu miqdarda faydalı mikroflora, müxtəlif fermentlər, torpaq antibiotikləri, vitaminlər və boy hormunları var. Biohumus nəinki bitkiçilikdə, həm də balıqçılıq və toyuqçuluq təsərrüfatlarında yemə qatılaraq istifadə edilir. Hazırda bu üsuldan Rusiya və Avropa ölkələrində geniş istifadə edilir.

BIOHUMUSUN ISTIFADƏ DOZASI

Şitillərin yetişdirilməsi üçün torpaq qarışığının hazırlanmasında:

-tərəvəz və güllər üçün -biohumusun bir hissəsi torpağın 4 hissəsi ilə qarışdırılır (misal üçün 4 kq torpağa 1 kq biohumus qarışdırılır); -gül dibçəkləri üçün -biohumusun bir hissəsi torpağın 3-5 hissəsi ilə qarışdırılır.

Göyərtilərin ləklərə əkilməsində:

-hər 1m² sahəyə 1,5-2 kq biohumus səpilir, torpaqla qarışdırılır, toxumsəpilir, malalanır və sulanır.

Pomidor, xiyar, bibər, kələm şitillərinin və kartofun əkilməsində:

-Şitillərin yuvaya əkilməsindən əvvəl hər yuvaya 150-200 qr biohumus tökülüb torpaqla qarışdırılır, sulanır və əkilir.

Meyvə ağaclarının, kolların və üzüm tinklərinin əkilməsində:

-Hər əkin çalasına 2-3 kq biohumus tökülür və torpaqla qarışdırılır. Çox illik meyvə ağaclarının qidalandırılması üçün gövdə ətrafına 3-4 kq biohumus səpilir, bellənilir və sulanır.

Dənli bitkilərin (buğda, arpa və s.) əkilməsində:

-1 hektar sahəyə 3-4 ton biohumus səpilir və şumlanılır (şumlanmadan sonra toxumu biohumusla qarışdırıb toxum səpən oqriqatla əkilməsi – 1 hektara 300 kq -daha effektiv nəticə verir). Məhsuldarlıq 40-70% artır, effektivlik isə 4-7 il müddətində saxlanılır.

Vegetasiya dövründə bitkilərin yemləndirilməsi:

Biohumusdan bütün vegetasiya müddətində kökdən və yarpaqdan yemləmədə istifadə etmək olar. Veqetasiya dövründə bitkilərin yemlənməsi üçün bitki ətrafına və ya cərgələr arasına hər 1 kv. m. sahəyə 1 litr biohumus səpilir, torpaqla qarışdırılır və sulanır. Güll və dekorativ bitkilər üçün hər ay bitkinin dibinə 300 ml və ya hər kv.m. 1 litr biohumus tökülür. Otaq güllərinin dibinə hər ay 1-2 xorək qaşığı biohumus verilir.

Biohumusun sulu məhlulu (“biohumus çayı”):

10 litr otaq temperatorlu suya 250 qr (1 vedrə suya 1 stəkan) biohumus qarışdırılır, bir sutka otaq temperaturunda saxlanılır və yaxşıca qarışdırılır. Vitaminlərlə zəngin olan “çay” bitkilərin kökdən və yarpaqlarına çilənilməsi ilə qidalanmasında istifadə olunur. Meyvə ağaclarının çiçəklənmə dövründən sonra “çayla” çilənməsi məhsuldarlığı və meyvələrin dadını artırır. Yarpaqların “çayla” çilənməsi bir çox xəstəliklərin qarşısını alır və həşəratları qovur. Tumurcuqların özül qoyma fazasında “çayla” çilənməsi növbəti məhsul ilində məhsuldarlığın yüksək olmasını təmin edir. Meyvə ağaclarının həm kökdən biohumusla, həm də yarpaqlardan “çayla” qidalanması hər il yüksək stabil məhsul almağa imkan verir. Güllərin 7-8 günlük intervalla üç dəfə bio-çayla çilənməsi inkişafı sürətləndirir və yarpaqların rəngini intensivləşdirir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *