SEEDS layihəsi çərçivəsində seçilmiş benefisiarlar iyun ayı ərzində arı ailələri və arıçılıq avadanlıqları ilə təmin edilmişdir. Bu məqsədlə Gəncə Aqrobiznes Assosiasiyası və SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının (SOS UK – AZ) əməkdaşları arı ailələrinə birgə baxış keçirilməsi və arı ailələrinin gətirilməsi məqsədilə Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən arıxanaya səfər etmişlər. GABA və SOS UK AZE əməkdaşları Zaqatala rayonunun Yuxarı Tala kəndindən 225 arı ailəsini Samux rayonunun Alıuşağı, Goranboy rayonunun Rus Borisi və Daşkəsən rayonunun Qabaqtəpə kəndindən seçilmiş olan ümumilikdə 45 ailəyə təhvil vermişlər.

Qeyd edək ki, SEEDS layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Gəncə Aqrobiznes Assosiasiyası, SOS UK-Azərbaycan Assosiasiyası və Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri tərəfindən icra edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *