Növbəti sahə məsləhət günləri keçirildi

Avropa Birliyinin maliyyə dəstəyi ilə GABA tərəfindən həyata keçirilən “Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində avqust ayında  Şəkinin Biləcik və Zaqatalanın Aşağı Tala kəndlərində fındıq və tərəvəz istehsalçılarının fərdi təsərrüfatlarında sahə məsləhət günləri keçirilib.

Sahə günlərində iştirak edən ekspertlər fermerlərə zərərverici və xəstəliklərin inkişaf mərhələlərinin düzgün təyin edilməsi və sahədə aşkarlanan müxtəlif növ zərərli həşəratların zərərvurma səviyyəsinin müəyyən edilmə üsullarını və onların məhv edilməsi üçün feromon tutucuların tətbiqini praktiki şəkildə göstəriblər. Bununla yanaşı tədbirdə ekoloji təmiz fermer təsərrüfatlarının yaradılmasının iqtisadi səmərəliliyi haqqında ətraflı məlumatlar verilib və ekoloji təmiz kənd təsərrüfatında üzvi gübrələrin yerli şəraitdə hazırlanması və tətbiqi üzrə təcrübə mübadiləsi aparılıb.

Layihənin ekspertləri tərəfindən fındıq və tərəvəz istehsalında aqrotexniki qulluq qaydaları üzrə aşkar olunan nöqsanlar, xəstəlik və zərərvericilərin törətdiyi fəsadlar, müasir inteqrir bitki mühafizə işlərinə dair fermerlərə zəruri tövsiyələr verilib.

Tədbirə fəal dəstək verən Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının regional ekspertləri fermerlərə öz məsləhətlərini veriblər.

   

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *