Yaponiya hökümətinin maliyyə yardımı ilə həyata keçirilən “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım” proqramı çərçivəsində

Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən icra olunan “Tovuz rayonu Yanıqlı kəndində su təçhizatı sisteminin bərpası” layihəsi çərçivəsində tikinti-bərpa işlərinin həyata keçirilməsi üçün

 Tender Elanı

28 fevral 2019-cu il

01 aprel 2019-cu il tarixdən başlayaraq Gəncə Aqrobiznes Assosiasiyası (GABA) “Tovuz rayonu Yanıqlı kəndində su təçhizatı sisteminin bərpası” layihəsinin icrasına başlayacaqdır. Layihə Yaponiya hökümətinin maliyyə yardımı ilə həyata keçirilən “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım” proqramı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi Tovuz rayonunun Yanıqlı icmasının içməli su sisteminin yaxşılaşdırılmasıdır. Layihə çərçivəsində aşağıdakı fəaliyyətlər planlaşdırılır:

  • Su mənbəyində su toplama məntəqəsinin filtrasiya sistemi ilə təmin etməklə tikilməsi və 140 mm-lik boru ilə suyun 1700 m məsafədə tikiləcək su hovuzuna daşınması;
  • 100 tonluq su hovuzu tikilməsi və filtrasiya sistemi ilə təmin edilməsi;
  • 5000 m uzunluğunda su xəttləri ilə su sistemin qurulması;
  • 23 ədəd yeni bulağın tikilməsi (9 tikili bulaq və 14 sadə su kranları).

Yuxarıda göstərilən fəaliyyətlərin həyata keçirilməsi üçün mal-materialların alınması və bu fəaliyyətlərin icrası zamanı irəli gələn xidmətlərin (qazma, basdırılma, dəmir-beton hovuz, bulaqların daşla tikilməsi və üzlənməsi və s.) icrası üçün GABA tender elan edir. Tenderin şərtləri ilə aşağıdakı word faylı yükləyərək tanış ola bilərsiniz.  

    Su sisteminin bərpası üçün şərtlər

 

Tenderdə iştirak etmək üçün son müraciət tarixi 28 mart 2019-cu ildir saat 18-ə qədərdir. Tender 29 mart 2019-cu il tarixində saat 1530-da Gəncə Aqrobiznes Assosiasiyasının ofisində Gəncə şəhəri, Cavad Xan 19 saylı ünvanda keçiriləcəkdir. Layihənin tikinti-bərpa işlərinin həyata keçirilməsində marağı olan bütün hüquqi və fiziki  şəxslər tenderdə iştirak  edə bilərlər. Tenderdə iştirak üçün tələblər:

  1. Tenderdə iştirak ərizəsi.
  2. İşin həyata keçirilməsi üçün qiymət təklifi.
  3. Görüləcək işlərin müddəti.
  4. Təşkilatın (fiziki şəxsin) bu sahədə təcrübəsi.
  5. Tender iştirakçısının hüquqi sənədləri (VÖEN, Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *