01.11.2018-ci il tarixdə GABA-nın mütəxəssisləri EaPTC layihəsinin fəaliyyət planına əsasən Gürcüstanın Laqodexi rayonunda RGEDC təşkilatı tərəfindən təşkil olunan tədbirdə iştirak etmişlər.
 
Tədbirdə layihənin donor və partnyor təşkilatlarının nümayəndələri və Laqodexidən olan layihənin benefisiarları iştirak etmişlər. Tədbirdə GABA və RGEDC təşkilatının mütəxəssisləri altı ay ərzində görülmüş işlər və nəticələr haqqında məlumatları iştirakçılara təqdim etmişlər. Tədbir zamanı layihə fəaliyyətləri ilə bağlı fermerlərə müxtəlif nominasiyalarda sertifikatlar və fərqlənmiş fermerlərə hədiyyələr təqdim olunmuşdur. Tədbirdən sonra bioloji mübarizə metodlarını nümayiş etmək üçün fermerlərin sahələrinə səfərlər edilmişdir.       
              

Leave a Reply

Your email address will not be published. Required fields are marked *